...

Əfqanıstanın yeni səfiri Türkmənistanda vəzifəsinin icrasına başlayıb

Siyasət Materials 18 Aprel 2009 17:21 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 18 aprel / Trend , müxbir H.Həsənov /

"Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov Əfqanıstanın Aşqabaddakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Fazel Saifini qəbul edib", - bu gün yerli KİV xəbər verib.

Etimadnaməsini dövlət başçısına tədqim edən diplomat Əfqanıstan prezidenti Həmid Kərzainin salamlarını çatdırıb. Bununla yanaşı, diplomat Əfqanıstanın iqtisadi və mədəni intibahına verdiyi dəstəyə görə Türkmənistana təşəkkürünü bildirib. Saifi "təmənnasız yardım", o cümlədən EÖX salınması, elektrik enerjisinin güzəştli şərtlərlə tədarükü, əfqan sərhəd rayonlarında məktəb, səhiyyə binalarının tikintisi, həmçinin milli kadrların hazırlanması sahəsində göstərilən kömək haqda danışıb.

Türkmənistan Əfqanıstanla uzun sərhədə malikdir və bu sərhədi Pakistan və Hindistanla müzakirə olunan layihə çərçivəsində öz təbii qazının nəqli üçün tranzit kimi nəzərdən keçirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti