...

Bakı zəngin mədəniyyət və tarixə malik olduğu üçün İslam mədəniyyətinin paytaxtı seçilib – İKT-nin Baş katibi

Siyasət Materials 21 Aprel 2009 11:41 (UTC +04:00)
Bakı zəngin mədəniyyət və tarixə malik olduğu üçün İslam mədəniyyətinin paytaxtı seçilib – İKT-nin Baş katibi

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir Ü.Sadıqova /

Bakı Azərbaycan ərazisində yaşayıb-yaradan görkəmli mütəfəkkir, şair və filosofların yurdu, zəngin mədəniyyət və tarixə malik olduğu üçün İslam mədəniyyətinin paytaxtı seçilib. Bu barədə çərşənbə axşamı Trend -a müsahibəsində İslam Konfransı Təşkilatının (İKT) Baş katibi Ekmələddin İhsanoğlu bildirib.

Bakı 2009-cu ildə İslam Mədəniyyətinin paytaxtı seçilib.

Azərbaycan paytaxtında çərşənbə axşamı İslam Konfransı Təşkilatı (İKT) ölkələrinin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransı öz işinə başlayıb.

Konfransda İKT-yə üzv ölkələrin mütəşəkkil cinayətkarlıq, terrorizm, transmilli cinayətkarlıqla mübarizə sahələrində gələcək qarşılıqlı fəaliyyət məsələlərinin müzakirə olunacağı gözlənilir.

İKT 1969-cu il 25 sentyabr tarixində təsis edilib. Azərbaycan Təşkilata 1992-ci ildə daxil olub. Bu gün İKT 57 dövləti özündə birləşdirir.

"Sovet İttifaqının tərkibindən çıxdıqdan sonra Azərbaycan zəngin İslam mədəniyyətinin dirçəlməsində səmərəli rol oynamağa başalyıb və ona öz töhfəsini verib", - deyə İhsanoğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Asiyadakı müsəlman qonşuları ilə birgə Mərkəzi Asiya regionunun zəngin irsi, həmçinin onun Islam və dünya sivilizasiyasına verdiyi töhfələr haqqında informasiyanın yayılmasına kömək edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti