...

Gürcüstan Prezidentinin şam yeməyini pozmağa çalışan müxalifətçilər patrul polisinə xəsarət yetiriblər

Siyasət Materials 24 Aprel 2009 10:37 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 aprel / Trend , müxbir N.Kirtsxalia /

Müxalifətin gənclər qanadı və Gürcüstan müxalifətinin liderləri bu gün axşam Gürcüstan Prezidenti Mixail Saakaşvilinin şam yeməyini pozmağa çalışıblar. Bunun üçün liderlər başda olmaqla gənclərdən ibarət kütlə guya Prezidentin şam etdiyi kafelərdən birinin yerləşdiyi Marcanişvili küçəsinə gəliblər.

Hadisə yerində olan patrul aksiya iştirakçılarından dağılışmağı tələb edib. Lakin onlar özlərini aqressiv apardıqlarından insident baş verib. Nəticədə bir patrul polisi zərər çəkib. Başından xəsarət alan polis xəstəxanaya çatdırılıb.

Müxalifətin iddiasına görə, polis müxalifətin iki tərəfdaşını saxlayıb.

Xəbər lenti

Xəbər lenti