...

Azərbaycandakı referendum düzgün keçirilib – AŞ PA sədri

Siyasət Materials 27 Aprel 2009 14:56 (UTC +04:00)
Azərbaycandakı referendum düzgün keçirilib – AŞ PA sədri

Fransa, Strasburq, 27 aprel / Trend , müxbir A.Məhərrəmli /

Azərbaycandakı referendum kamil olmasa da, düzgün keçirilib, bu fikirləri AŞ PA sədri Luis Maria de Puç bazar ertəsi qurumun yaz sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında bəyan edib.

"AŞ PA həmişə seçkiləri müşahidə missiyalarının - ATƏT, Avropa Parlamentinin nəticə və rəylərini yaxından izləyir. Bu nəticələr bizə seçkilərin düzgün və standartlara uyğun keçirilməsini deməyə imkan verir", - Puç əlavə edib.

Azərbaycanda referendum martın 18-i keçirilib. Azərbaycan MSK-nın səsvermənin yekunu üzrə elan olunan yekun nəticələrinə görə, Azərbaycanda Konstitusiyanın 29 maddəsinə bütün əlavə və dəyişikliklər ölkə seçicilərinin 87-92 faizi tərəfindən dəstəklənib.

Ümumxalq səsverməsinə bir neçə məsələ çıxarılıb.

Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində hazırda yer alan "heç kim iki dəfədən artıq AR prezidenti seçilə bilməz" redaksiyasının, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaksiya ilə əvəzlənməsi nəzərdə tutulurdu.

Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Puçun sözlərinə görə, seçkilərdə çatışmamazlıqlar olub, amma belə nəticəyə gəlmək olar ki, vətəndaşların, seçicilərin seçimi düzgün olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti