...

Gürcüstan Müdafiə Nazirliyi leyboristlərin bəyanatından təəccüblənib

Siyasət Materials 30 Aprel 2009 16:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan Müdafiə Nazirliyi Şalva Natelaşviliyə (leyboristlərin lideri) qarşı hazırlanan terror aktı barədə leyboristlərin bəyanatının təəcüb doğurduğunu bildirib. Gürcüstan Müdafiə Nazirliyi analitik mərkəzinin rəhbəri David Nardayanın bu gün jurnalistlərə dediyinə görə, dünən gecə saatlarında leyboristlərin lideri və onu müşayiət edən şəxslər Tbilisi dənizi hüdudlarında mühafizə olunan əraziyə yaxınlaşıblar.

"Onların qarşısına mühafizə olunan ərazidə yerləşən hərbçi xidməti çıxıb və yaxınlaşanların kimliyini təyin edib. Mühafizə olunan əraziyə yaxınlaşanların içərisində Natelaşvilinin olduğu müəyyənləşəndən sonra ona izah edilib ki, bura qapalı ərazidir və giriş qadağandır", - Nardaya qeyd edib.

Nardaya deyib ki, danışıqlar zamanı heç bir gərginlik yaşanmayıb və tərəflər razı şəkildə ayrılıblar.

Buna baxmayaraq, leyboristlər dünən gecə xüsusi mətbuat konfransı keçirərək bəyan ediblər ki, onların liderinə qarşı sui-qəsd hazırlanıb. Leyboristlərin sözlərinə görə, onları 20 silahlı hərbçi hədələyib.

Hadisə terror aktı olduğu halda silahlı əsgərlərə necə müqavimət göstərdiklərini partiya fəalları dəqiqləşdirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti