...

Avropa İttifaqının Qafqazda xüsusi nümayəndəsi Azərbaycan xalqına başsağlığı verib

Siyasət Materials 1 May 2009 10:55 (UTC +04:00)

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycan xalqına başsağlığı verib. Bu barədə Avropa Şurasının cümə günü yayılan press-relizində bildirilir.

Press-relizdə Semnebinin dünən Azərbaycan Dövlət Neft Akademiyasında baş verən və çoxsaylı insan ölümünə səbəb olan faciəvi hadisədən təsirləndiyi ifadə olunub.

Semnebi ölən və yaralananların ailələrinin və yaxınlarının dərdlərinə şərik olduğunu vurğulayıb.

Xüsusi nümayəndə Bakıda baş verən faciə ilə bağlı Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu qeyd edib.

Məqalə müəllifii ilə əliqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti