...

Çexiya XİN Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı dərin təəssüfünü bildirib

Siyasət Materials 1 May 2009 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir C.Babayeva /  

Çexiyanın Xarici İşlər Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyasınıda baş vermiş faciə ilə bağlı başsağlığı verib.

"Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında gənc insanların ölümü və bir çox tələbələrin yaralanması ilə nəticələnmiş faciə məni dərindən kədərləndirib", - Çexiya xarici işlər naziri Karel Şvartsenberq tərəfindən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova cümə günü göndərilən başsağlığı məktubunda deyilir.

Çexiya XİN başçısı faciə qurbanlarının ailələrinə dərin başsağlığını ifadə edib, Azərbaycan XİN-in mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Trend -un arayışı: Aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.

Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralılardan 3-ü artıq evə buraxılıb.

Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti