...

İranın Narkotiklərlə Mübarizə İdarəsinin sədri Əfqanıstana səfər edib

Siyasət Materials 4 May 2009 12:53 (UTC +04:00)

İranın Narkotiklərlə Mübarizə İdarəsinin sədri və onu müşayiət edən nümayəndə heyəti Əfqanıstanın narkotiklərlə mübarizə naziri, general Xudadadın dəvəti ilə bu ölkəyə səfər edib. Bu barədə İran televiziyasının rəsmi saytı (İRİB) xəbər yayıb.

Üç günlük səfər zamanı iranlı nümayəndə heyəti narkotiklərlə mübarizə məqsədi ilə BMT, Əfqanıstan və İranın üçtərəfli ikinci iclasında iştirak edəcək. Bundan başqa, iranlı nümayəndə heyəti Əfqanıstanın səhiyyə naziri və prokroru ilə də görüşərək müzakirələr aparacaq.

BMT, Əfqanıstan və İranın narkotiklərlə mübarizə məqsədi ilə üçtərəfli birinci iclası 2008-ci il noyabrın 21-də Kabildə keçirilib.

Xəbər lenti

Xəbər lenti