...

Türkiyənin yeni naziri Ermənistanla danışıqlar məsələsində yenilik gətirməyəcək - Beynəlxalq Türk Strateji Araşdırmalar Mərkəzinin direktoru

Siyasət Materials 4 May 2009 14:07 (UTC +04:00)
Türkiyənin yeni naziri Ermənistanla danışıqlar məsələsində yenilik gətirməyəcək - Beynəlxalq Türk Strateji Araşdırmalar Mərkəzinin direktoru

Azərbaycan, Bakı, 04 may / Trend , müxbir R.Hafizoğlu /

Beynəlxalq Türk Strateji Araşdırmalar Mərkəzinin direktoru hesab edir ki, Türkiyədə yeni hökümətin dəyişməsi ilə ölkənin xarici siyasəti dəyişməyəcək.

"Türkiyədə xarici işlər nazirinin dəyişməsi ilə ölkənin xarici siyasətinin dəyişməsi real görünmür. Türkiyə-Ermənistan danışıqları məsələsində dəyişiklik gözləmək lazım deyil. Bu danışıqları əslində indiki xarici işlər naziri təyin olunan Əhməd Davudoğlu tərtib edib. Keçmiş nazir Əli Babacan isə sadəcə olaraq bu planı yerinə yetirirdi", - deyə Sinan Ogan bazar ertəsi İstanbuldan telefonla Trend -a bildirib.

Trend -un arayışı: Mayın 1-də Türkiyə Prezidenti Abdullah Gül yeni hökumətin tərkibini təsdiqləyib.

Sabiq XİN başçısı Babacan yeni hökumətdə iqtisadi məsələlərə cavabdehliyi daşıyan vəzifəni tutacaq. Onun köhnə yerinə isə bu vaxtadək baş nazirin beynəlxalq məsələlər üzrə baş köməkçisi vəzifəsində çalışmış Davudoğlu gətirilib. Davudoğlu əslində Türkiyənin xarici siyasətində sözünü demiş siyasətçidir.

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına dair "Yol Xəritə"si imzalanıb.

"Lakin qəbul olunan qərarların tətbiq etmək məsələsində Babacan bir o qədər də bacarıqlı deyildi.

Hökumətin son 6 ilinin xarici siyasətini Davudoğlunun idarə etməsinə baxmayaq, o, pərdə arxasında qalıb. Hesab edirəm ki, Azərbaycan da Davudoğlunun şəxsiyyətinə önəm verəcək", - Mərkəzin direktoru əlavə edib.

Onun sözlərinə görə, Davudoğlunun nazir təyin olunması Türkiyənin xarici siyasətini daha da gücləndirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti