...

Iranda avtomobil qəzasında 30 nəfər həlak olub

Siyasət Materials 4 May 2009 14:08 (UTC +04:00)

Bu gün səhər saatlarında İranın İlam əyalətində sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində 30 nəfər həlak olub, ikisi ağır olmaqla 8 nəfər yaralanıb. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat verib.

Hadisəyə səbəb sərnişin avtobusunun texniki nasazlığı səbəb olub. Avtobus Kermanşah-İlam yolu ilə İraqdakı dini ocaqları ziyarət etmək üçün ziyarətçiləri aparırmış. Hadisə zamanı xəsarət almış şəxslər İranın İlam şəhərindəki İmam Xomeyni adına xəstəxanaya çatdırılıblar.

Xəbər lenti

Xəbər lenti