...

Rusiya tərəfi Abxaziyanın Gürcüstanla administrativ sərhədini möhkəmləndirir

Siyasət Materials 4 May 2009 14:32 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 may / Trend , müxbir N.Kirtsxaliya /

Abxaziyanın administrativ sərhədlərinin möhkəmləndirilməsi məqsədi ilə Rusiya Qalsk rayonuna əlavə tikinti materialları gətirib. Sərhədçilər administrativ sərhəd boyunca məftil çəpər çəkir və video-müşahidə sistemi quraşdırırlar. Çuburxindji kəndində düşərgə salınıb, Saberioda tunel qazıntılarına başlanılıb.

Hərbçilər nəzarət zolağı yaratmağı da planlaşdırırlar. Bütün baş verənləri İnquri çayı üzərindəki körpüdən Avropa İttifaqı müşahidəçiləri izləyirlər. Aİ müşahidəçilərinə xüsusi ərazi ayrılıb və ondan kənara çıxmaları qadağandır. Yuxarı Abxaziya ərazisinə isə hərbçilər 20 hərbi maşın və 50 nəfərə yaxın canlı qüvvə daxil ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti