...

Toy mərasimində baş verən faciənin səbəbi qan düşmənçiliyi olub – Türkiyə DİN (ƏLAVƏ OLUNUB -5)

Siyasət Materials 5 May 2009 10:21 (UTC +04:00)
Toy mərasimində baş verən faciənin səbəbi qan düşmənçiliyi olub – Türkiyə DİN (ƏLAVƏ OLUNUB -5)

Dünən Türkiyənin cənub-şərqində naməlum şəxslərin atəş açdığı toy mərasimində baş verən faciənin səbəbi "qan düşmənçiliyi" olub.

Bi-bi-si-nin yaydığı xəbərə görə, bu barədə Türkiyə Respublikasının daxili işlər naziri Bəşir Atalay bildirib.

Nazir həmçinin bu fakt üzrə artıq 8 nəfərin saxlanıldığını bildirib.

Türkiyənin Mardin əyalətinin Sultanşehmuz kəndində naməlum şəxslər toy mərasimində iştirak edən insanlara silahlı hücum ediblər. Hadisə nəticəsində 45 nəfər həlak olub, altı nəfər isə yaralanıb. Xəbəri CNN Turk tetekanalı Daxili İşlər Nazirliyinin bəyanatına istinadən yayıb.

CNN Turk kanalının məlumatına görə, ölənlər arasında qadın və uşaqlar var. Təqribən həlak olanların yarısı - 21 nəfər Çelebi ailəsinin üzvləridir.

"Hadisə terror aktına bənzəmir", - Cihan informasiya agentliyi Mardin əyalətinin qubernatorunun köməkçisi Mehmet Bəşir Ayanoğlunun sözlərini sitat gətirib.

Türkiyənin daxili işlər naziri Atalay hücumun terror aktı kimi nəzərdən keçirilməsinə meyilli olmadığını bildirib. "Hadisənin terror aktı olmamasına dair rəylər üstünlük təşkil edir. Eyni zamanda, prokurorluq bütün variantları diqqətlə tədqiq edir", - deyə nazir bildirib.

CNN Turk telekanalının məlumatına görə, Türkiyənin daxili işlər, ədliyyə və kənd yerləri işləri üzrə nazirləri çərşənbə axşamı təcili olaraq hadisə yerinə gəliblər. Tədqiqatlara Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan şəxsən nəzarət edir.

Hücum zamanı qranat və uzunlüləli silahlardan istifadə olunub.

Yaralılar xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət yerinə gəliblər. Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti