Gürcüstan, Tbilisi, 07 may / Trend , müxbir N.Kirtsxalia /
Gürcüstan parlamenti qarşısında mitinq edən radikal müxalifət jurnalisti döymələrinə görə həbs olunan üç tərəfdarının azad edilməsi üçün hakimiyyətə 17:00-dək vaxt verib. Bu barədə səhərə yaxın keçirilən müşavirədən sonra müxalifət liderlərindən biri Koba Davitaşvili bildirib.
Onun sözlərinə görə, cümə axşamı 12.00-da aksiya bərpa olunacaq və müxalifət 17.00-dək öz tərəfdarlarını gözləyəcək.Bundan sonra müxalifətin planları haqda məlumat veriləcək.