...

Gürcüstanın radikal müxalifətinin bir hissəsi prezidentlə dialoqa hazırdır

Siyasət Materials 7 May 2009 18:27 (UTC +04:00)
Gürcüstanın radikal müxalifətinin bir hissəsi prezidentlə dialoqa hazırdır

Gürcüstan, Tbilisi, 07 may / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstan Naminə Alyans"ın lideri İrakli Alasaniya ölkədəki vəziyyəti faciəvi adlandırıb və hakimiyyətlə dialoqun vacib olduğunu bildirib.

"Ölkənin faciənin bir addımlığında olduğu zaman hakimiyyətlə dialoqa başlamaq çox vacibdir. Müxalifət hakimiyyətlə görüşə hazırdır", - xarici diplomatlarla görüşdən öncə Alasaniya deyib.

Dünən baş vermiş hadisəyə gəlincə (müxalifət mühafizə olunan əraziyə daxil olaraq hüquq-mühafizə orqanı işçiləri ilə qarşıdurma yaradıb) Alasaniya bunun "ağır hadisə" olduğunu deyib.

"Hakimimyyət öz təxribatları ilə xalqı təngə gətirib. Vəziyyət çox ağırdır. Mixail Saakaşvilinin oyanması vacibdir ki, ətrafdakı hadisələri dərk edib baş verənləri dəyərləndirsin və sonda müxalifətlə görüşüb böhrandan çıxış yollarını nədə gördüyünü desin", - "Gürcüstan Yolu" partiyasının lideri Salome Zurabaşvili bəyan edib. Zurabaşvili əlavə edib ki, diplomatlarla görüş onların dünən baş vermiş hadisə ilə bağlı müxalifətin mövqeyini bilmələri baxımından çox vacibdir.

"Vahid Gürcüstan - Demokratik Hərəkat" partiyasının lideri Nino Burcanadze müxalifətin Saakaşvili ilə görüşmək istəyini "boş ümid" adlandırıb. "Bu görüş heç nəyi həll etməyəcək. Müxalifətin hansısa hissəsi bu görüşə ümid bəsləyirsə, görüşə bilərlər", - Burcanadze deyib.

Məqalə müuəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti