...

Məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar - AŞ PA məruzəçisi

Siyasət Materials 8 May 2009 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir Е.Оstapenko /

"Qaçqın və məcburi köçkünlərə mənzil verilməsi faktı, onların öz doğma torpaqlarına qayıtmamalı olması demək deyil", - Bu gün Bakıda mətbuat konfransında AŞ PA-nın miqrasiya, əhali və qaçqınların məsələləri üzrə məruzəçisi Con Qrinvey deyib.

"Qaçqaınlarla danışandan sonra biz anladıq ki, onların istədikləri məhz budur. Əhalinin yaşlı hissəsi öz torpaqlarına qayıtmaq istəyir. Biz bu məsələnin həllinə yeni impuls verəcəyik", - məruzəçi deyib.

Qrinveyin sözlərinə görə, insanlar öz torpaqlarına qayıdarsa, infrastrukturun bərpası, məktəb, xəstəxanların açılması, eləcə də ərazilərin minalardan təmizlənməsi üçün xeyli xərcə ehtiyac duyulacaq. 

"Miqrasiya üzrəində dövlət idarəetməsi çox böyük əhəmiyyət daşıyır, çünki Azərbaycanda Çeçenistan, Əfqanıstan, Pakistan və başqa yerlərdən çox sayda qaçqınlar var. Onların leqal statusu da yoxdur. Onlara müəyyən zəmanətlər verilməlidir. Növbəti səfərimiz buna həsr ediləcək", - məruzəçi bildirib.

AŞPA məruzəçisinin səfəri çərçivəsində hökumət və QHT nümayəndələri ilə görüşlər keçirilib. "Biz müxtəlif humanitar təşkilatlar (həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsi), QHT nümayəndələri ilə görüşdük. Sonra humanitar təşkilatlardan öyrəndiklərimizi hökumətlə müzakirə etdik. Miqrasiya xidmətinin başçısı Arzu Rəhimovla görüş də çox məhsuldar oldu", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti