Gürcüstan, Tbilisi, 08 may / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstan Parlamentinin spikeri David Bakradze bu gün radikal müxalifətin danışıqlar üçün təşkil etdiyi qrupla görüşməyə hazır olduğunu bildirib. Bu barədə Parlament spikerinin mətbuat katibi Maka Qiqauri deyib.
Qiqaurinin sözlərinə əsasən, müxalifət Parlament qarşısındakı piketi dayandırarsa Bakradze müxalifət nümayəndələri ilə görüşməyə hazırdır.
Radikal müxalifət özü spikerə danışıqlar üçün görüş yeri kimi Parlament binasını təklif edib. "Biz Parlament binası qarşısındakı piketi durdurmağa və Bakradzeyə müxalifətçilərdən ibarət qrupla görüşmək üçün işləməyə şərait yaradacağıq", - "Gürcüstan Yolu" partiyasının lideri Salome Zurabaşvili deyib. Radikal müxalifət Parlament sədri ilə danışıqlar aparmaqdan ötrü xüsusi qrup ayırıb. Qrupa Qubaz Sanikidze, Viktor Dolidze, Tina Xidaşeli və Koka Qunçadze daxil edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]