...

Faşizm üzərində Böyük Qələbə dərsi bu gün də aktualdır - Rusiya Prezidenti

Siyasət Materials 9 May 2009 15:00 (UTC +04:00)

Rusiya Prezidenti Dmitri Medvedyev hesab edir ki, faşizm üzərində Böyük Qələbədən çıxarılan dərslər, hərbi avantüralar yaşanan bu gün də aktualdır. Dövlət başçısı əmin edib ki, Rusiya vətəndaşlarına qarşı istənilən təcavüz layiqli cavabını alacaq, Rusiyanın gələcəyi isə dinc olacaq, RİA Novosti məlumat verir. 

Qırmızı Meydanda Qələbə Gününə həsr edilmiş parad iştirakçılarının qarşısında çıxış edən Prezident qeyd edib ki, Qələbə bayramı nəsildən nəsilə ötürülür, "bu bayramı bizim nəvə-nəticələrimiz də anacaq". 

Veteranlara müraciət edən Rusiya Prezidenti qeyd edib ki, onların cəsarəti və vətənə sədaqəti "dünya tarixinin gedişini dəyişib, gələcək nəsillərə həyat və azadlıq bəxş edib". Medvedyev veteranların qarşısında ölçülməz borcumuzun olduğunu bildirib və əmin edib ki, heç bir cari problemlər bu borcun yerinə yetirilməsinə mane olmayacaq. 

Medvedyevin sözlərinə görə, 65 il əvvəl sovet döyüşçüləri bütün xalqlara böyük nümunə və böyük dərs veriblər. 

"Bu dərs, hərbi avantüralar yaşanan bu gün də aktualdır", - Rusiya Prezidenti bildirib. 

Onun sözlərinə görə, sülh yalnız beynəlxalq hüququn normaları riayət olunan yerdə mümkündür və məhz bu səbəbdən Rusiya yeni beynəlxalq təhülkəsizlik sisteminin yaradılması təşəbbüsü ilə çıxış edib. 

"Rusiya vətəndaşlarına qarşı istənilən təcavüz layiqli cavabını alacaq, Rusiyanın gələcəyi isə dinc olacaq", - dövlət başçısı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti