...

Gürcüstan prezidentinin radikal müxalifətlə görüşü "çox çətin" olacaq – parlamentin vitse-spikeri

Siyasət Materials 11 May 2009 12:31 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 may / Trend , müxbir N. Kirtsxaliya/ Gürcüstan prezidentinin radikal müxalifətin liderləri ilə bu gün keçiriləcək görüşü "çox çətin" keçəcək. Bu barədə parlamentin vitse-spikeri Mixail Maçavariani deyib.

"Bu sadə görüş olmayacaq. Gürcüstanın gələcəyinə məsuliyyətlə yanaşan insanlar çıxış yolunu tapa biləcək", - Maçavariani jurnalistlərə deyib. Onun sözlərinə əsasən, görüş əsnasında qarşılıqlı güzəştlər vacibdir, çünki ultimatumlar dili ölkəyə yaxşı bir şey verməyəcək. "Hökumətin yaranmış böhranla bağlı öz çıxış yolları var və biz dialoqa hazırıq", - Maçavariani qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti