Gürcüstan, Tbilisi, 11 may / Trend , müxbir N. Kirtsxaliya/
Poti regional idarəsinin sərhədçiləri ətraf mühitin çirkləndirilməsi faktı əsasında Türkiyə bayrağı altında üzən "TUĞRUL S-1" gəmisini saxlayıb. Sərhəd polisindən verilən məlumata əsasən, fakt üzrə istintaq aparılır. İlkin məlumatlara əssən, Türkiyə gəmisi 65 lari məbləğində (1 dollar = 1,65 lari) cərimələnəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]