...

Muxrovanidəki qiyam barədə məlumat gizlətdiyinə görə daha iki hərbçi saxlanılıb

Siyasət Materials 11 May 2009 16:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 may / Trend , müxbir N. Kirtsxaliya/ Birinci və ikinci piyada qoşun briqadasının komandirləri Kaxa Kobaidze və David Sulxanişvli hadisəni bilib xəbər vermədiklərinə görə həbs ediliblər. Gürcüstan hərbi polisnin istintaq şöbəsinin rəhbəri Qaqa Kirkitadze bu gün deyib ki, saxlanılan şəxslər Muxrovanidə tank taborounda mayın 5-də baş vermiş qiyam barədə qabaxqcadan biliblər.

"Onlar bu ağır cinayət barədə bildikləri halda müvafiq orqanlara məlumat verməyiblər. Belə bir qanun pozuntusuna görə cavab verməlidirlər. Faktla bağlı Gürcüstan CM-nin 364-cü maddəsinə əsasən, istintaq aparılır", - Kirkitadze qeyd edib.

Rütbəlri mayor olan Kobaidze və Sulxanişviliyə qarşı sürülən ittihamları məhkəmə təsdiqlədiyi halda onları 2 ildən 4 ilə dək həbs cəzası gözləyir. 

Qeyd etmək lazımdır ki, hər iki hərbçinin Gürcüstan ordusu qarşısında xidmətləri var və hər ikisi ölkədən kənarda sülhməramlı missiyanın iştirakçısı olublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti