...

Özbəkistanın qeyri-hərbi yüklərin Əfqanıstana tranzitinə razılıq verməsi məntiqə uyğundur - ekspert

Siyasət Materials 13 May 2009 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı,13 may / Trend , müxbir V.Javoronkova /

Özbəkistan ərazisindən keçməklə Əfqanıstana qeyri-hərbi yüklərin tranzitinə başlanması məntiqəuyğun addımdır. Bu barədə özbək politoloq Seqrey Yejkov bildirib.  

"Özbəkistan Əfqanıstandakı münaqişənin tez bir zamanda başa çatdırılmasında maraqlıdır və bu, [qeyri-hərbi yüklərin Əfqanıstana tranzitinə başlanması] təbii, əməkdaşlıq üçün məntiqəuyğun addımdır", - deyə Trend -a Daşkənddən telefonla Yejkov bildirib.

CA-News yazır ki, Özbəkistan Prezidenti İslam Kərimov bazar ertəsi Əfqanıstanda NATO komandanlığı altında olan beynəlxalq koalisiya qüvvələri üçün Navoi şəhərindəki aeroport vasitəsilə qeyri-hərbi təyinatlı yüklərin tranzitinə başlandığını bildirib. O, belə bir bəyanatı Daşkənddə Cənubi Koreya Prezidenti Li Myun Bak ilə görüşdə edib. Xəbəri "Azadlıq" radiosu yayıb. Cənubi Koreya Navoi aeroportunun müasirləşdirilməsi ilə məşğul olur.

Özbəkistan, politoloqun sözlərinə görə, NATO koalisiyası və ABŞ qoşunlarının Əfqanıstanda apardığı antiterror əməliyyatlarda iştirak etmək istəyini heç vaxt inkar etməyib.

"Hər bir hərəkətin kiməsə qarşı yönəldiyini heç vaxt düşünmək lazım deyil", - deyə Yejkov bildirib.

O hesab edir ki, Özbəkistanın Əfqanıstana qeyri-hərbi yüklərin daşınmasında vasitəçi olmaq niyyəti qlobal antiterror mübarizəsi kontekstinə daxildir və konkret hansısa ölkəyə qarşı yönəlməyib. 

NATO qoşunları 2001-ci il 11 sentyabr tarixli terror aktına cavab olaraq Əfqanıstanda antiterror əməliyyatları aparırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti