...

Gürcüstan Prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 15 May 2009 16:37 (UTC +04:00)
Gürcüstan Prezidenti Azərbaycana səfər edəcək

Gürcüstan, Tbilisi, 15 may / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan Prezidenti Mixail Saakaşvili 20-21 may tarixlərində Azərbaycana rəsmi səfər edəcək. Bu barədə cümə günü Trend -a Prezident Administrasiyasından bildiriblər.

Aprelin əvvəlində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Gürcüstana rəsmi səfəri zamanı bu ölkənin xarici işlər naziri Qriqol Vaşadze ilə görüş keçirilib. Görüşdə bir sıra məsələlərlə yanaşı, Prezident Mixail Saakaşvili və Baş nazir Nikolos Qilaurinin Azərbaycana səfərlərinin təşkil edilməsi ilə bağlı məsələlərə də baxılıb.

Yanvar-fevral aylarında Azərbaycan və Gürcüstan arasında mal dövriyyəsi 110 mln. manatdan çox olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti