...

ABŞ-ın Gürcüstandakı səfiri iqtidar və müxalifəti dialoqa çağırıb

Siyasət Materials 15 May 2009 20:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 may / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstan iqtidarı və müxalifəti gürcü xalqı üçün problemlərin ən yaxşı həlli yollarını tapmalıdır. Bu barədə jurnalistlərlə söhbət zamanı ABŞ-ın Gürcüstandakı səfiri Con Tefft deyib.

"Hesab edirəm ki, tərəflərin görüşü davam etdirilməlidir. Tərəflər danışıqlar masası arxasına oturub gürcü xalqı üçün ən sərfəli yolu seçməlidirlər", - Tefft qeyd deib.

Səfir Gürcüstan Prezidenti Mixail Saakaşvili və ABŞ-ın vitse-prezidenti Cozef Bayden arasında telefon danışığına da toxunaraq deyib ki, ABŞ vitse-prezidenti də iqtidar və müxalifəti dialoqa səsləyib. "Bu məsələ artıq uzun müddətdir ki, ABŞ siyasətinin tərkib hissəsidir", - səfir qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti