...

Türkiyənin cəhdi – Avropanın narahatlığı: Trend News-un icmalçısı

Siyasət Materials 18 May 2009 17:56 (UTC +04:00)

Polad Həmidov, Trend News-un icmalçısı

Türkiyənin Avropaya inteqrasiya cəhdləri yenidən tarixən mövcud olan Şərq-Qərb qarşıdurmasını meydana gətirir. Təsir dairələrini Avropa hüdudlarından kənara aşılamaq üçün qüdrətli dövlətlər dünya səviyyəsində siyasət aparır.

Türkiyə ilə bağlı məsələdə Avropa ciddi problemlə qarşılaşıb. Güclü dövlətçilik və ordusunun olması ilə yanaşı, Türkiyə kökündən Avropadan fərqlənən mədəniyyət və dinin təbliğatını aparır.

İslam və Şərq mədəniyyətinin Qərb sakinləri üçün daha cazibədar olduğu məlum oldu. Məhz bu düşünməyə əsas verir ki, Türkiyə Avropa İttifaqına inteqrasiya olunduğu təqdirdə öz sivilizasiyasını saxlamaqda israrlıdır. Beləliklə də Avropanın narahat olmağa səbəbi var.
Deməli, Aİ Türkiyəni olduğu kimi qəbul edə bilməz. Çünki onu "həzm" etmək iqtidarında deyil. Türkiyədə bir "düyün" yaradılıb və Avropanın gələcəkdə mövcudolma xarakteri onun "açılmasından" asılıdır. Türkiyənin zəifləməsi isə Qərb mədəniyyətinin Şərqə yayılmasına şərait yaradacaq.
Beləliklə, rəqib kandarda ikən onunla mübarizə aparmaq evə daxil olduqdan sonra mübarizə aparmaqdan daha rahatdır. Türkiyə İslam və demokratik dəyərlərin uğurlu vəhdətini təşkil edən güclü dövlət olduğundan Aİ üçün ideya rəqibidir.

Türkiyənin məqsədi
"Türkiyənin məqsədi Aİ-nin tamhüquqlu üzvü olmaqdır", - Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Polşa səfəri zamanı deyib. Lakin Fransa Prezidenti Nikolya Sarkozi ilə görüşdən sonra Berlində çıxış edən Almaniyanın Kansleri Anqela Merkel Türkiyəyə Aİ-nin tamhüquqlu üzvü əvəzinə imtiyazlı tərəfdaşı statusunun verilməsi təklifini irəli sürüb.

Almaniya Kanslerini Fransa Prezidenti dəstəkləyərək bildirib ki, Aİ Türkiyəyə boş vədlər vermək əvəzinə səyləriniAnkara ilə birgə iqtisadi və mədəniyyət mühitinin yaranmasına cəmləməlidir. Sarkozi əvvəllər də Türkiyənin Avropa İttifaqına qəbul edilməsinin əleyhinə olub. Bununla belə, Fransa Prezidenti Türkiyəyə region ölkələrini birləşdirən "Aralıq dənizi İttifaqı" iqtisadi təşkilatına qoşulmaq təklifini edib.  
Bundan əlavə, Fransa Aİ-nin genişləndirilməsinin dayandırılmasını təklif edir. "RİA Novosti" informasiya agentliyinin verdiyi məlumata əsasən, Fransanın Avropa işləri üzrə Dövlət katibi Brüno Le Mer Qərbi Balkan ölkələrinin ittifaqa qəbulundan sonra təşkilatın genişlənməsini dayandırılmaq və səyləri Avropa institutlarının möhkəmləndirilməsinə yönəltmək təklifini irəli sürüb.

Hazırda Aİ üzvlüyünə rəsmi statusa malik namizədlər Xorvatiya (2010-2011-ci illərdə üzv ola bilər) və Türkiyədir. Ekspertlərin fikrincə, Türkiyənin üzvlük məsələsi bundan sonra da 10-15 il uzana bilər.
"Namizəd" statusunun alınması üçün cari ilin fevral ayında Çernoqoriya ərizə ilə müraciət edib. Hazırda ərizə qurum tərəfindən baxışdan keçirilir. Cari ildə Serbiya ilə Bosniya və Hersoqovina da analoji addımları ata bilər.
Avropa perspektivi hətta Kosovonun üzünə açıqdır. Lakin bu Serb diyarının müstəqilliyini Aİ üzvü olan Rumıniya, Slovakiya, Yunanıstan, Kipr və İspaniya tanımaqdan imtina edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti