...

Türk Dövlətləri Parlament Assambleyasının işlək quruma çevrilməsi üçün Bakı sammitində yeni layihələr müzakirəyə çıxarılacaq

Siyasət Materials 18 May 2009 17:36 (UTC +04:00)
Türk Dövlətləri Parlament Assambleyasının işlək quruma çevrilməsi üçün Bakı sammitində yeni layihələr müzakirəyə çıxarılacaq

Azərbaycan, Bakı, 18 may / Trend , müxbir C.Babayeva /

Türk Dövlətləri Parlament Assambleyasının daimi işlək quruma çevrilməsi üçün Bakı sammitində yeni layihələr müzakirəyə çıxarılacaq.

"Assambleyanın Avropa Şurası Parlament Assambleyası kimi daimi katibliyi olan və faəliyyət göstərən quruma çevrilməsi üçün müzakirələr aparılacaq", - bazar ertəsi Trend -a Azərbaycan-Türkiyə Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun həmsədri Nizami Cəfərov bildirib.

Trend -un arayışı: Ötən il İstanbulda keçirilən türkdilli dövlətlərin parlament başçıları konfransı çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu türkdilli dövlətlərin Parlament Assambleyasının təsis edilməsi barədə razılıq əldə olunub. Tədbirdə Özbəkistan və Türkmənistan iştirakdan imtina edib.

Bu ilin sentyabrında Türk Dövlətləri Parlament Assambleyasının sammitinin Bakıda keçirilməsi nəzərdə tutulur.

Cəfərov bildirib ki, Bakı toplantısına Özbəkistan və Türkmənistanın da qatılacağı gözlənilir. "Azərbaycan türk dünyasında yüksək əlaqələndirici rolunu oynaya bilir", - Cəfərov əlavə edib.

Deputatın sözlərinə görə, gələcəkdə assambleyanı təmsil edən ölkələrin vahid telekanalının yaradılması da nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti