...

"Şərq tərəfdaşlığı" barədə bəyannamə münasibətlərdə yeni mərhələ açır – Aİ-nin xüsusi nümayəndəsi

Siyasət Materials 18 May 2009 21:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend , müxbir V.Javoronkova /

"Şərq tərəfdaşlığı" bəyannaməsi vacib sənəd olmaqla Avropa İttifaqı ilə Azərbaycan və digər ölkələr üçün münasibətlərdə yeni mərhələ açır. Bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıda jurnalistlərə deyib.

"Ümid edirik ki, bu sənəd inkişaf etmiş və sərhədləri açıq olan region yaratmaqda yardım edəcək. Nəqliyyat şəbəkəsi və dəhlizi kimi də regionun imkanları açıq olacaq", - Semnebi qeyd edib.

2008-ci ilin sonlarında Avropa İttifaqı "Şərq tərəfdaşlığı" adlı Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə əlaqələrin genişlənməsinə istiqamətlənmiş yeni təşəbbüs irəli sürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti