Gürcüstan, Tbilisi, 19 may / Trend , N.Kirtsxaliya /
"Gürcüstan doktrinasının əsas istiqaməti NATO-ya daxil olmaqdır". Bu haqda bu gün Gürcüstanın müdafiə naziri David Sixarulidze bildirib.
Bu gün nazir Batumidə Gürcüstanın təhlükəsizlik problemləri üzrə beynəlxalq konfransı açıq elan edib. Konfransda gürcü ekspertlərlə yanaşı, NATO-nun mülki və hərbi ekspertləri də iştirak edirlər.
"Biz yanvarda yeni təhlükəsizlik doktrinasını təqdim etmişik və onun əsas istiqaməti alyansa daxil olmaqdır. Bunun nəticəsində Gürcüstan beynəlxalq təhlükəsizlik sisteminin üzvü ola bilər", - nazir deyib.
Gürcüstan Baş nazirinin müavini Georgi Baramidze jurnalistlərə bildirib ki, Gürcüstanın təhlükəsizlik doktrinasını Rusiyanın regiondakı mövcudluğunu nəzərə alaraq dəyişmək lazımdır. "NATO-lu dostlarımızın hesabına təhlükəsizlik doktrinamızı yaxşılaşdırmaq niyyətindəyik", - o qeyd edib.
Konfrans iki gün davam edəcək və sabah axşam təhlükəsizlik doktrinası layihəsi üçün lazım olan tövsiyələr qəbul ediləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]