Azərbaycan, Bаkı, 19 may / Trend , müxbir A.Hüseynbala /
Azərvbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib.
"Görüş zamanı Məmmədyarov və Semnebi Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığın hazırkı vəziyyəti, Praqada keçirilmiş "Şərq Tərəfdaşlığı-Cənub Dəhlizi" sammitinin yekunları, regional sabitlik, enerji mövzusu və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar", - çərşənbə axşamı Trend -a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesinə toxunan Məmmədyarov bildirib ki, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe münaqişənin nizamlanmasını uzadır və münaqişənin həll edilməməsi regiondakı mövcud vəziyyəti daha da gərginləşdirə bilər.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]