...

Azərbaycan Prezidenti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ləğv edilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 19 May 2009 20:53 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ləğv edilməsi haqqında sərəncam imzalayıb, məlumatı AzTV telekanalı yayıb.

Prezidentin Sərəncamı ilə həmin xidmətin əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılacaq.

Sərəncamda Əmlak Məsələləri Dövlət Komitəsinə bir ay müddətində Dövlət Komitəsinin və komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsasnamələri və strukturu barədə təkliflərinin Azərbaycan Prezidentinə təqdim olunması tapşırılıb.

Azərbaycan Prezidenti Kərəm Həsənovun Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilməsi haqqında da sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti