...

Birgə əməkdaşlıq illəri ərzində Azərbaycan və Gürcüstan qlobal əhəmiyyətli bir çox məsələləri həll edib (TƏCİLİ)

Siyasət Materials 20 May 2009 20:46 (UTC +04:00)
Birgə əməkdaşlıq illəri ərzində Azərbaycan və Gürcüstan qlobal əhəmiyyətli bir çox məsələləri həll edib (TƏCİLİ)

Birgə əməkdaşlıq illəri ərzində Azərbaycan və Gürcüstan qlobal əhəmiyyətli bir çox məsələləri həll edib, Azərbaycan Prezidenti İlham Əlyev iki ölkənin hökumətlərarası komissiyasının geniş tərkibli görüşü zamanı deyib. Məlumatı AzTV telekanalı yayıb.

"Gələcək illərdə əməkdaşlığın dostluq əlaqələri zəminində davam edəcəyinə ümid edirik", - Prezident İlham Əliyev əlavə edib.

Azərbaycan Prezidentinin sözlərinə əsasən, onlar ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

"İki ölkə arasında əlaqələr davam etdiriləcək. Beynəlxaq forumlarda dövlət başçılarının görüşləri mühüm əhəmiyyət kəsb edir", - İlham Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti