...

İsrail ilə münasibətlər yalnız ərəb sülh təşəbbüsü qəbul olunduqdan sonra bərpa olunacaq – İKT rəhbəri

Siyasət Materials 26 May 2009 11:02 (UTC +04:00)

Suriya, Dəməşq, 26 may / Trend , xüsusi müxbir Ü.Sadıxova /

Ərəb sülh təşəbbüsünə riayət olunmadan ərəb ölkələri ilə İsrail arasında münasibətlərin bərpası mümkün deyil. Bu barədə İslam Konfransı Təşkilatının (İKT) Baş katibi Ekmələddin İhsanoğlu Suriyanın xarici işlər naziri Valid əl-Muallimin iştirakı ilə keçirilən mətbuat konfransında bildirib.

"Ərəb sülh təşəbbüsü Yaxın Şərqdə sülhə çağırışdır və İsrail ilə münasibətlərin bərpası yalnız ona riayət olunacağı təqdirdə mümkündür", - deyə İKT-ya üzv ölkələrin xarici işlər nazirlərinin 36-cı iclasının başa çatdığı Dəməşq şəhərində İhsanoğlu bildirib.

Üç gün davam edən iclasda müzakirlərin başlıca mövzusu Fələstin-İsrail münaqişəsi və Qəzzə Zolağnın yanvarda Şarm əş-Şeyxdə keçirilən konfransdan sonra başlanan bərpası məsələləri olub.

Xarici işlər nazirləri İsrailin 1967-ci ildə baş verən müharibə zamanı işğal etdiyi Qüds problemini, həmçinin Fələstin qaçqınlarının geri qayıtması və onların hüquqlarının bərpası məsələlərini də müzakirə ediblər.

İhsanoğlu əlavə edib ki, bütün bu problemlər yalnız İsrail bütün İKT ölkələrinin təsdiq etdiyi ərəb sülh təşəbbüsünü tanıyacağı şəraitdə həll ola bilər.

Ərəb sülh təşəbbüsü Ərəb Dövlətləri Liqasının Beyrutda keçirilən sammitində qəbul olunub. Sənəd israillilərin bütün işğal olunmuş ərəb torpaqlarından çıxmasını və 1967-ci ilə qədər olan sərhədlərədək qayıtmasını nəzərdə tutur.

Təşəbbüsə əsasən, İsrail Fələstin qaçqınlarının geri qaytarılması nəzərə alınmaqla, paytaxtı Şərqi Qüds olan suveren Fələstin dövlətini tanımalıdır.

Suriyanın xarici işlər nazirinin sözlərinə görə, XİN rəhbərlərinin Dəməşqdə keçirilən iclası müsəlman həmrəyliyinin möhkəmlənməsinə, Fələstin probleminin həllinə yardım etdi, xüsusilə də, Qüds probleminin yeni həlli prinsiplərinin nəzərdən keçirilməsinə imkan yaratdı.

Əl-Muallim həmçinin əlavə edib ki, Suriya, Colan təpələrinin İsrail işğalından azad edilməsi barədə qərar qəbul olunmayınca İsrail ilə danışıqları bərpa etməyəcək. Suriya İsrailin barışığa hazır olmadığını nəzərə alaraq Moskvada Yaxın Şərq üzrə sülh konfransında iştirakını təsdiq etmir.

"Konfransın məqsədi olmalıdır, bizim üçün məqsəd - İsrailin imtina etdiyi ərəb sülh təşəbbüsünə riayət etməsidir", - deyə o bildirib.

Bazar günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşü zamanı Suriya Prezidenti Bəşər Əsəd bildirib ki, Suriya Yaxın Şərq üzrə konfransda iştirakını təsdiq etməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti