Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Gədəbəyə səfəri çərçivəsində Aşıq Musiqi Məktəbinin təməlqoyma mərasimində iştirak edib, məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Dövlət başçısı əvvəlcə ikimərtəbəli, klassik üslubda tikiləcək binanın layihəsi ilə tanış olub.
Prezident İlham Əliyev gilizi təmələ buraxıb.
El aşıqları ilə söhbət edən dövlət başçısı onlarla xatirə şəkli çəkdirib.