...

Almaniya Federativ Respublikasının Prezidenti Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik edib

Siyasət Materials 27 May 2009 21:51 (UTC +04:00)
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ Cənab Prezident, Azərbaycanın mayın 28-də qeyd edəcəyi milli bayramı - Respublika günü münasibətilə Sizə və Azərbaycan xalqına öz xalqım adından səmimi təbriklərimi yetirirəm. Azərbaycan və Almaniya arasında əlaqələr qarşılıqlı etibarlılıq zəminində yaxşı inkişaf etməkdə davam edir. Bir neçə ay bundan əvvəl Almaniyada başa çatmış Azərbaycan mədəniyyəti ili biz almanlara ölkənizin rəngarəng və maraqlı mədəniyyəti ilə yaxından tanış olmaq imkanı verdi. Mən Sizi əmin edirəm ki, Almaniya Sizin ölkənizlə dostluq münasibətlərinin inkişaf etdirilməsi üçün bundan sonra da səy göstərəcəkdir. Almaniya Sizin Avropa İttifaqı ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı və Sizin Avropa hüquq və dəyərlər birliyini qəbul etməyinizi alqışlayır. Avropa qonşuluq siyasətinin fəaliyyət planları bu istiqamətdə Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələrin intensivləşdirilməsi üçün yaxşı bir çərçivədir. Mən Sizə və ailənizə uğurlar və Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah arzu edirəm. Sizin Horst Köler Almaniya Federativ Respublikasının Prezidenti
Xəbər lenti

Xəbər lenti