...

Misirdə təqribən 35 Rusiya vətəndaşı saxlanılıb

Siyasət Materials 29 May 2009 16:24 (UTC +04:00)
Misirdə təqribən 35 Rusiya vətəndaşı saxlanılıb

Rusiyanın Misirdəki səfirliyinin əməkdaşının verdiyi məlumata əsasən, Misir hakimiyyəti tərəfindən təqribən 35 Rusiya vətəndaşı saxlanılıb. Onun sözlərinə görə, Rusiya vətəndaşlarının tutulması çox kobud tərzdə həyata keçirilib.

Səfirlik Misir Xarici İşlər Nazirliyinə müvafiq nota ünvanlayıb. Məlumatı "İnterfaks" agentliyinə Qahirədə yerləşən RF səfirliyinin ikinci katibi, konsul məsələləri üzrə cavabdeh Timur Aqamedov verib. "Bizə əl-Əzhar universitetində təhsil alan tələbələrdən mayın 27-nə keçən gecə kobud tərzdə Şimali Qafqazdan olan Rusiya vətəndaşlarının saxlanılması barədə məlumat daxil oldu", - Aqametov deyib.

"Hazırda 35 nəfərin saxlanıldığı məlum olsa da siyahı artır", - Aqametov əlavə edib.

Xəbər lenti

Xəbər lenti