RF hökuməti Qırğızıstan ərazisində yerləşən Rusiya təyyarə bazasının qalma müddətinin status və şərtlərlə bağlı müqaviləyə edilmiş dəyişikliklər haqqında protokolu qəbul edib. Bu, qeyd olunan bazanın qalma müddətini 49 il uzadacaq, RİA novosti yazır.
Rusiya XİN ilə razılaşdırılmış və ilkin olaraq Qırğızıstanla müzakirə edilmiş bu protokolla hazırda qüvvədə olan 15 ilə nəzərdə tutulmuş və növbəti beşilliklər dövrünə uzadılan müqaviləyə dəyişiklik ediləcək
Hökumət RF Prezidentinə bu protokolun imzalanması ilə bağlı təklifini təqdim edəcək, Rusiya Nazirlər Kabinetinin qərarında deyilir.
Rusiya və Qırğızıstan arasında "Rusiya təyyarə bazasının Qırğızıstan ərazisində qalmasının statusu və şərtləri" haqqında müqavilə 22 sentyabr 2003-cü ildə Moskvada imzalanıb. Kant şəhərində (Qırğızıstan paytaxtından 20 km aralı) yerləşən bazanın rəsmi açılışı, həmin il oktyabrın sonunda olub.
Təyyarə bazasında Su-25 təyyarələri, Mi-8 vertolyotları var. Kantda 250 rus zabit və giziri, o cümlədən 150 müddətli hərbi qulluqçu xidmət edir.
Konflikt və qeyri-standart vəziyyətlərin yarandığı və antiterror fəaliyyəti zamanı baza, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının planı üzrə kollektiv qüvvələrin təcili səfərbərliyinin tərkibinə daxil olur.
Qırğızıstanda Rusiya bazasından başqa, hazırda fəaliyyət göstərən ABŞ-ın təyyarə bazası da mövcuddur. Bu baza Manasda BMT-nin mandatı ilə ABŞ-ın Əfqanıstanda "Sarsılmaz azadlıq" antiterror əməliyyatı çərçivəsində hərbi əməliyyatların və humanitar yardımın göstərilməsi üçün 2001-ci ilin dekabrında açılıb. Lakin 2009-cu il aprelin əvvəlində Bişkek ABŞ-ın və 11 antiterror koalisiya ölkəsinin Qırğızıstan ərazisində yerləşən hərbi kontingentinin qalma müddəti haqqında müqavilənin ləğvedilmə prosedurunu başa çatdırıb. Bu sənədə müvafiq olaraq, əcnəbi hərbçilər müqavilənin denonsasiyasından sonra Qırğızıstan ərazisini 180 gün ərzində, yəni avqustun ortalarınadək tamamilə tərk etməlidirlər.