...

Azərbaycanın Polşadakı səfirliyi Respublika Günü münasibətilə mərasim keçirib

Siyasət Materials 29 May 2009 21:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir C.Babayeva / 

Azərbaycanın Polşadakı səfirliyi 28 may - Respublika Günü münasibətilə Varşavada "Hayatt Regency" otelində rəsmi qəbul mərasimi keçirib.
Çoxsaylı qonaqlar qarşısında çıxış edən Azərbaycan Respublikasının Polşadakı səfiri Vilayət Quliyev Azərbaycan Xalq Cumhuriyyətinin doğma xalqımızın müqəddəratında oynadığı tarixi və əvəzedilməz rolu haqqında danışıb.
Rəsmi qəbul mərasimində Polşa Respublikası Senatının marşalı Boqdan Borseviç, Polşa Prezidenti dəftərxanasının beynəlxalq əlaqələr departamentinin rəhbəri, nazir Mariuş Handzlik, Seym və Senat üzvləri, Varşavada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, Azərbaycan diaspora nümayəndələri, Polşa ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti