...

Radikal müxalifətin Tbilisi meriyası qarşısında keçirdiyi aksiya başa çatıb

Siyasət Materials 1 İyun 2009 14:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Müxalifətin Tbilisi meriyası qarşısında keçirdiyi kiçik etiraz aksiyası başa çatıb. Bu günə qədər meriyanın qarşısında 20 fəal qalır. Kiçik çıxışlardan sonra müxalifət liderləri ərazini tərk ediblər.

Aksiyanın təşkilatçıları şəhər hakimiyyətindən bilavasitə öz öhdəliklərini yerinə yetirməyi tələb edib.

"Şəhər meriyası özünün birbaşa öhdəliklərini yerinə yetirmir və Milli Hərəkatın aktiv yığılması üçün xüsusi yerə çevrilib", - Mühafizəkarlar Partiyasının lideri Zviad Dzidziquri bildirib.

Onun sözlərinə görə, hakim partiya zibili daşımaq, ya da daşımamaq barədə qərar verir.

"Çoxmilyonlu şəhər büdcəsi hamıya məxsusdur", - Dzidziquri bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti