...

Azərbaycanın hərbi təlim mərkəzində baş verən hadisə ilə bağlı 342.2 maddəsi ilə cinayət işi açılıb - hərbi prokuror

Siyasət Materials 2 İyun 2009 11:38 (UTC +04:00)
Azərbaycanın hərbi təlim mərkəzində baş verən hadisə ilə bağlı 342.2 maddəsi ilə cinayət işi açılıb - hərbi prokuror

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Ümumqoşun Təlim Mərkəzində baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin qulluğa səhlənkar yanaşma ilə bağlı eyni əməllər ağır nəticələrə səbəb olma (342.2) maddəsi ilə cinayət işi açılıb, çərşənbə axşamı jurnalistlərə respublikanın hərbi prokuroru Xanlar Vəliyev məlumat verib.

Trend -un arayışı: Mayın 27-nə keçən gecə Bakının Qaradağ rayonunda yerləşən Qaraheybət Ümumqoşun Təlim Mərkəzində ötən axşam kütləvi qida zəhərlənməsi baş verib. Təlim Mərkəzindən 164 əsgər müayinə üçün Hərbi Klinik Hospitala gətirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ötən həftə Trend -a verilən məlumata görə, hərtərəfli müayinədən sonra 158 əsgər xidməti yerlərinə qaytarılıb.

6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan, əlavə müayinə və müalicəyə cəlb edilib. Həmin əsgərlər iki gün sonra hospitaldan hərbi hissələrinə buraxılıblar.   

Mayın 28-də deputat Aydın Mirzəzadə bir qrup jurnalistlə birgə təlim mərkəzində hərbçilərin qidalanma və saxlanma şəraiti ilə tanış olub.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, əsgərlərə mədələrinin funksional pozulması diaqnozu qoyulub. Bu rəy əsgərlərdən götürülən analizlərin nəticəsində məlum olub.

Vəliyev deyib ki, hadisə ilə bağlı ekspertizanın rəyləri hələ Hərbi Prokurorluğa təqdim olunmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti