...

ATƏT-in Parlament Assambleyasının sədri ilk xarici səfərini Azərbaycana edəcək

Siyasət Materials 2 İyun 2009 15:26 (UTC +04:00)
ATƏT-in Parlament Assambleyasının sədri ilk xarici səfərini Azərbaycana edəcək

Azərbaycan, Bakı, 02 iyun  / Trend , müxbir C.Babayeva /  

ATƏT-in Parlament Assambleyasının sədri Joao Suares ilk xarici səfərini Azərbaycana edəcək, çərşənbə axşamı Trend -a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Eldar İbrahimov bildirib.

"ATƏT-in Parlament Assambleyasının sədri Jao Suares qurumun iyul ayında Litvada keçiriləcək sessiyasından sonra ilk xarici səfərini Azərbaycana edəcəyini bildirib. Suareslə birgə Azərbaycana ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin səfər edəcəyi gözlənilir", - İbrahimov bildirib.

İbrahimov ATƏT-in Parlament Assambleyasının Dublin şəhərində keçirilən iclasında iştrak edib və  qurumun sədri Joao Suares ilə görüşüb.

Trend -un arayışı: Portuqaliyalı Joao Suares ötən ilin iyulunda ATƏT PA-nın 17-ci sessiyasında qurumun sədri seçilib. Suares 2002-ci ildən ATƏT PA-da çalışır, o, Portuqaliyanın PA-da nümayəndə heyətinə rəhbərlik edib, 2006-cı ilin iyulundan ATƏT-in Büro üzvü olub. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti