...

Misir dövlətinin başçısı Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik edib

Siyasət Materials 3 İyun 2009 19:36 (UTC +04:00)

Misir Prezidenti Hüsnü Mübarək Azərbaycan Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb. 

"Respublika günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək dost Azərbaycan xalqına daimi inkişaf və rifah, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm", - təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti