...

Azərbaycan hökuməti ölkənin daxili işlərinə müdaxilə edilməsinə imkan verməyəcək

Siyasət Materials 4 İyun 2009 11:26 (UTC +04:00)
Azərbaycan hökuməti ölkənin daxili işlərinə müdaxilə edilməsinə imkan verməyəcək

Azərbaycan, Bakı, 04 iyun / Trend , müx. C.Babayeva /

Azərbaycan heç bir zaman digər ölkələrin daxili işlərinə qarışmayıb və respublikanın daxili işlərinə müdaxilə edilməsinə də imkan verməyəcək, Prezident Administrasiyasının İctimai-siyasi şöbə rəhbəri Əli Həsənov cümə axşamı jurnalistlərə bildirib.

"Biz bir neçə dəfə qeyd etmişik ki, İran Azərbaycanın ərazilərini işğal edən ölkə ilə sıx əməkdaşlıq edir. Bu, müsəlmançılıq ideyaları və beynəlxalq hüquqa ziddir. İran Azərbaycanın xarici siyasəti ilə bağlı ittihamlarla çıxış etmək hüququna malik deyil. Biz elə etməliyik ki, İranın siyasəti Azərbaycana ziyan verməsin və öz növbəsində Azərbaycanın siyasəti İrana ziyan verməsin", - Həsənov deyib.

Tehran İsrail Prezidentinin iyunun 28-də Azərbaycana nəzərdə tutulmuş səfərinin əleyhinə çıxıb.

Prezident Administrasiyasının İctimai-siyasi şöbə rəhbəri hesab edir ki, Şimon Peresin Azərbaycana səfəri müsəlman düyasına zərbə deyil.

"Əgər xatırlayırsınızsa, Azərbaycan bu ölkənin Fələstin siyasəti ilə bağlı bir neçə dəfə kəskin tənqidlə çıxış edib. İsrail müstəqil dövlətdir və biz yaxşını gördüyümüz kimi, pisi də görürük. Əgər hansısa ölkə səhvlər edirsə, bu o demək deyil ki, biz onunla əməkdaşlıq etməməliyik. Əgər İran bu ittihamlarla çıxış edirsə, nə üçün Ermənistanla sıx əməkdaşlıq edir?", - Həsənov deyib.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti