...

Azərbaycanda baş prokurorun təyinatına mövcud olan məhdudiyyətin saxlanılmasına ehtiyac yoxdur – parlamentin komitə sədri

Siyasət Materials 4 İyun 2009 15:56 (UTC +04:00)
Azərbaycanda baş prokurorun təyinatına mövcud olan məhdudiyyətin saxlanılmasına ehtiyac yoxdur – parlamentin komitə sədri

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Parlamentinin komitə sədri hesab edir ki,ölkədə baş prokurorun təyinatına mövcud olan məhdudiyyətin saxlanılmasına ehtiyac yoxdur.

"Məhdudiyyətin aradan qaldırılması ilə seçim prosesində demokratiklik elementləri pozulmayacaq. Yenə də Prezident tərəfindən namizəd Milli Məclisə təqdim edilir  və Parlament onu təsdiqləyir", - Trend -un məlumatına görə, cümə axşamı jurnalistlərə Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib.

Trend -un arayışı: Azərbaycan Parlamenti ötən həftə ombudsmanın bir dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyəti aradan qaldırıb.

"Prokurorluq haqqında" qanunda Azərbaycanın baş prokurorunun, hərbi prokurorunun və Naxçıvan Muxtar Respublikası prokurorunun seçilməsi ilə bağlı məhdudiyyət var. Bu vəzifələrə eyni şəxsin beş il müddətinə, yalnız iki dəfə seçilməsi mümkündür.

Hüseynovun sözlərinə görə, məhdudiyyətin aradan qaldırılması məsələsində söhbət şəxsdən deyil, formallığın aradan qaldırılmasından gedir.

Komitə sədri bildirib ki, baş prokurorun təyinatına mövcud olan məhdudiyyətin aradan qaldırılması ilə bağlı qanun layihəsi komitəyə daxil olub.

"Milli Məclisin yaz sessiyasının iş yükü imkan versə, layihəyə sessiya başa çatana qədər baxıla bilər", - Hüseynov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti