...

Azərbaycanın investisiya imkanları Londonda təqdim olunub

Siyasət Materials 5 İyun 2009 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müx. C.Babayeva /

Azərbaycanın investisiya imkanları Londonda Beynəlxalq Maliyyə Xidmətləri Mərkəzində təqdim olunub.

Azərbaycanın İngiltərədəki səfiri Fəxrəddin Qurbanov dünyanın iş dairələrinin nümayəndələrinə Azərbaycanın iştirakı ilə regional əhəmiyyətli energetika və nəqliyyat layihələri, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət, neft sektorunun inkişafı və neft gəlirlərinin səmərəli istifadəsi barədə məlumat verib, cümə günü Trend -a səfirlikdən məlumat veriblər.

"Azərbaycan bu gün" mözusunda dəyirmi masada çıxış edən Azərbaycan diplomatı ölkənin yüksək makroiqtisadi göstəricilərindən, o cümlədən kənd təsərrüfatı, turizm, bank və maliyyə sferasının inkişafı haqqında danışıb.

Səfir həmçinin ölkədə investisiya cəlb edilməsi üçün əlverlişli şəraitin olduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti