...

Fransanın xarici işlər naziri gürcüstanlı həmkarına məktub göndərib

Siyasət Materials 5 İyun 2009 15:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 05 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Fransanın xarici işlər naziri Bernar Kuşner gürcüstanlı həmkarı Qriqol Vaşadzeyə məktub göndərib.

Gürcüstan XİN-nin informasiya və mətbuat departamentindən bildirildiyi kimi, məktubda Gürcüstanda beynəlxalq təşkilatların missiyasının iştirakından söhbət gedir.

Fransanın xarici işlər naziri, həmçinin Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. "Fransa BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi həmişə Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyəcək", - məktubda deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti