...

"Milli forum" BMT-nin Gürcüstandakı missiyasının ofisi qarşısında aksiya keçirəcək

Siyasət Materials 8 İyun 2009 17:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 iyun / Trend , müxbir N.Kirtsxaliya /

"Milli forum" iyunun 11-də saat 13:00-da BMT-nin Tbilisidəki missiyasının ofisi qarşısında dinc aksiya keçirəcək. Bu barədə bugünkü brifinqdə partiya lideri Kaxa Şartava bildirib.

Onun sözlərinə əsasən? missiya nümayəndələrinə "Milli forum" tərəfindən müraciət olunacaq.

"BMT-nin Təhlükəsizlik Şurası iyunun 15-də təşkilatın mandatının Gürcüstanda uzadılması məsələsinə baxmalıdır. Bununla yanaşı, BMT-nin baş katibinin məruzəsində Abxaziya və Cənubi Osetiya Gürcüstanın ayrılmaz hissəsi olaraq göstərilməmişdi, bu isə təhlükəli tendensiyaya işarədir. Ola bilsin ki, beynəlxalq cəmiyyət Gürcüstanın ərazi bütövlüyünün müdafiə edilməsindən imtina edəcək, beynəlxalq hüquq təsirsiz qala bilər və güc prinsipinə üstünlük verilə bilər, bu isə yol verilməzdir. Bütün Gürcüstan dünyaya nümayiş etdirməlidir ki, biz bununla barışmırıq", - deyə Şartava bəyan edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti