...

Azərbaycanın vitse-spikeri siyasi partiyaların maliyyələşdirilməsi zamanı bütün tərəflərin maraqlarının nəzərə alınacağını deyir

Siyasət Materials 9 İyun 2009 08:35 (UTC +04:00)
Azərbaycanın vitse-spikeri  siyasi partiyaların maliyyələşdirilməsi zamanı bütün tərəflərin maraqlarının nəzərə alınacağını deyir

Azərbaycan, Bаkı, 09 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın vitse-spikeri hesab edir ki, "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklər edilərkən reallıqlar nəzərə alınmalıdır.

"Qanun layihəsində bütün tərəflərin maraqlarını təmin edəcək müddəalar əksini tapmalıdır. Bunun üçün isə kifayət qədər vaxt lazımdır və müvafiq reallıqlar mütləq nəzərə alınmalıdır", - bazar ertəsi Trend -a Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Trend -un arayışı: Azərbaycanda 52 partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub. Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanunda partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulub.

Daha öncə Prezident Adminstrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Trend -a bildirib ki, bu məsələ həm Milli Məclis, həm də cəmiyyətdə müzakirə olunmalıdır. Onun fikrincə, məsələnin parlamentdə müzakirəsi zamanı ən adekvat və optimal variantlar seçiləcək və bu zaman müasir dünyanın tələbləri nəzərə alınacaq.

Həsənov bildirib ki, dövlət büdcəsindən maliyyələşmə zamanı siyasi partiyaların xarakteri, inkişaf maraqları nəzərə alınacaq.

Azərbaycanın hakim partiyası da seçkilərdə iştirak edən siyası və yaxud parlamentdə təmsil olunan partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinin tərəfdarıdır. Müxalifəti təmsil edən siyasətçilər qeydiyyatdan keçən partiyalara dövlət büdcəsindən maliyyə ayrılmasını təklif edir. Azərbaycan müxalifəti isə qeydiyyatdan keçən partiyaların dövlət büdcəsindən maliyyələşdirmənin tərəfdarıdır.

Muradovanın sözlərinə görə, Azərbaycan parlamentində yaxın müddətdə "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı layihənin müzakirəsi nəzərdə tutulmur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti