...

Azərbaycan Prezidenti "Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncam verib

Siyasət Materials 9 İyun 2009 20:12 (UTC +04:00)

Azərbaycan Prezidenti  İlham Əliyev əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmətin səviyyəsinin daha da yüksəldilməsi, bu xidmətin maddi-texniki bazasının gücləndirilməsi üçün yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş təcili tibbi yardım avtomobillərinin alınması məqsədi ilə "Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sərəncamda 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Səhiyyə Nazirliyinin təcili və təxirəsalınmaz tibb xidməti üçün əlavə təcili tibbi yardım avtomobillərinin alınmasına 3,0 (üç) milyon manat məbləğində vəsaitin ayrılması qeyd olunub.
Maliyyə Nazirliyinə Sərəncamda nəzərdə tutulan vəsaitin müəyyən olunmuş qaydada Səhiyyə Nazirliyinə ayrılmasını təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti