...

Azərbaycanın müxalifət partiyası bələdiyyələrin sayının azaldılmasının əleyhinədir

Siyasət Materials 12 İyun 2009 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərabycanın müxalifət partiyası bələdiyyələrin sayınına azaldılmasının əleyhinədir.

"Bələdiyyələrin sayını nəinki azaltmaq, əksinə, çoxaltmaq və onlara daha çox səlahiyyət vermək lazımdır", - cümə günü Trend -a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Trend -un arayışı: Ötən ay Azərbaycan parlamentində "Bələdiyylərin birləşdirilməsi haqqında" qanun qəbul edilib. Qəbul edilən qanuna görə, Azərbaycanda bələdiyyələrin sayı 2757-dən 1766-ya enəcək.

Azərbaycanda bələdiyyə seçkisi 2009-cu ilin dekabrında, parlament seçkisi isə 2010-cu ilin payızında keçirilməlidir. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Müxalif partiya hesab edir ki, indiki şəraitdə böyük şəhərlərin bələdiyyələrinin yaradılması daha vacibdir. "Dünya praktikasında rayon və şəhər icra hakimiyyətləri mövcüd deyil. Ona görə də ALDP hesab edir ki, bələdiyyələr onları əvəz etməlidir", - məlumatda vurğulanır.

АLDP 1999-cı ildə yaradılıb. 2000-ci ildə partiyanın sədri Zakir Məmmədov vəfat etdikdən sonra 2001-ci ildə ALDP ikiyə bölünüb. Valeh Ibadov və Fuad Əliyev hər ikisi ALDP adına iddia ediblər. 2004-cü ildə Ali Məhkəmənin qərarı ilə Fuad Əliyevin rəhbərlik etdiyi partiya ALDP kimi tanınıb və dövlət qeydiyyatından keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti