...

Gürcüstanın MDB-dən çıxması üzrə prosedurlar tamamlanıb

Siyasət Materials 12 İyun 2009 17:38 (UTC +04:00)
Gürcüstanın MDB-dən çıxması üzrə prosedurlar tamamlanıb

Gürcüstan, Tbilisi, 12 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan Parlamenti bu gün MDB-nin iki konvensiyasının ləğvi barədə qətnaməni təsdiqləyib. Bu qətnamə ilə, qanunverici orqanın spikeri David Bakradzenin qeyd etdiyi kimi, ölkənin MDB-dən çıxması üzrə hüquqi prosedurlar tamamlanıb.

Səsverməyə MDB-nin Parlamentlərarası Assambleyası haqqında 1992-ci ilin martın 27-də imzalanmış müqavilədən, həmçinin 1995-ci ilin mayın 26-da imzalanmış Parlamentlərarası Assambleya haqqındakı konvensiyadan çıxmaq haqqında məsələlər  qoyulmuşdu.

Parlament Gürcüstanın 2008-ci ildə avqust hadisələrindən sonra MDB-dən çıxması haqqında qərar qəbul edib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti