...

Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri Tokioda müzakirə ediləcək

Siyasət Materials 12 İyun 2009 17:25 (UTC +04:00)
Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri Tokioda müzakirə ediləcək

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri Tokioda müzakirə ediləcək.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən cümə günü Trend -a bildiriblər ki, xarici işlər naziri Elmar Məmmədyarov iyunun15-21-də Yaponiyaya işgüzar səfər edəcək.

Səfər çərçivəsində Məmmədyarovun Yaponiyanın Baş naziri Taro Aso, Vəliəhd Əlahəzrət Naruhito, Azərbaycan-Yaponiya Parlamentlərarası dostluq şurasının sədri Akira Amari, həmkarı Hirofumi Nakasone və Azərbaycan-Yaponiya birgə iqtisadi komissiyanın üzvləri ilə görüşləri planlaşdırılıb.

Görüşlərdə ikitərəfli əlaqələrin cari vəziyyəti, inkişaf perspektivləri və gələcək planlar müzakirə olunacaq. 

Proqramda Məmmədyarovun Yaponiyanın Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı və yerli KİV nümayəndələri ilə görüşləri də nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti